Modern.az

Mənzildən qadın cəsədi aşkarlandı

Mənzildən qadın cəsədi aşkarlandı

Aktual

31 Mart 2017, 22:58

Paytaxtda mənzildən meyit tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Paqarellova Diana Alekseyevnanın cəsədini aşkar edərək aidiyyati üzrə təhvil verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir