Modern.az

Bəzi tibb işçiləri əlillərə verilən “Forma 088”lə bağlı cəzalandırılıb

Bəzi tibb işçiləri əlillərə verilən “Forma 088”lə bağlı cəzalandırılıb

10 May 2017, 14:14

“Ölkədə əlillərin sayının artması daim hamını narahat edir. Səhiyyə işçilərinin bununla bağlı doldurduğu “Forma 088”lə bağlı problemlər var idi”.

 Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məsələ nazirlikdə müzakirə olunub.

“Həmçinin bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olundu. Səhiyyə Nazirliyinin kollegiya iclasında tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Hesab edirik ki, bu öz bəhrəsini verəcək”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok