Azərbaycan karateçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında çempion olub.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, karate (kata) yarışının finalında təmsilçimiz Roman Heydərov Türkiyə idmançısı Mehmet Yakanla qarşılaşıb.
Yekunda 3:2 hesabı ilə qalib gələn karateçimiz qızıl medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Modern.az