Modern.az

BƏƏ-nin xarici işlər naziri Azərbaycana gəlir

BƏƏ-nin xarici işlər naziri Azərbaycana gəlir

Aktual

19 May 2017, 16:34

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Şeyx Abdullah Bin Zayed Əl Nəhya 21-22 mayda Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın 22 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir