Modern.az

Türkiyə İsrail ilə ticarəti tam DAYANDIRIB 

Türkiyə İsrail ilə ticarəti tam DAYANDIRIB 

Dünya

3 May 2024, 00:31

Türkiyə İsraildən bütün mal idxalını və ixracını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan iki türk rəsmisinə istinadən məlumat yayıb.

 

Türkiyə Statistika Qurumunun məlumatlarına görə, 2023-cü ildə Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib. Bu məbləğin 76%-i Türkiyə ixracatı olub.

 

Agentliyin iddiasına nə Türkiyə, nə də İsrail tərəfi münasibət bildirib. Lakin ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İsraillə ticarət əlaqələrini inkişaf etdirmədiyini bildirib.

 

Aprelin 9-da Türkiyənin Sənaye və Ticarət Nazirliyi polad və alüminium məhsulları, elektrik kabelləri, boyalar, laklar, aviasiya yanacağı, yağlar, bəzi növ gübrələr və sənaye avadanlıqları da daxil olmaqla 54 kateqoriya malın İsrailə ixracını məhdudlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi