Güclü daşqınlar Çinə ciddi ziyan vurub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Quansi-Çjuan muxtar rayonunda baş verən daşqınlar zaman 7 nəfər həyatını itirib.
Məlumatına görə, daşqınlar nəticəsində 100-dən artıq bina dağılıb. Ümumilikdə, təbii fəlakətin ölkə iqtisadiyyatına 8,7 milyon dollar ziyan vurub. Daşqınlar regionun 4 şəhərində müşahidə edilir.
Modern.az