Modern.az

Vaqif Mustafayev baş redaktorun “Space”dən getməsinə aydınlıq gətirdi

Vaqif Mustafayev baş redaktorun “Space”dən getməsinə aydınlıq gətirdi

Media

26 May 2017, 13:48

“Space” Müstəqil Teleradio Şirkətinin (“Space” TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə iddia olunur ki, o, Təhsil Nazirliyi barədə tənqidi material hazırladığına görə işdən azad olunub.

 

Məsələ bağlı “Space” TV-nin prezidenti Vaqif Mustafayev Modern.az-a açıqlam verib. O, Elman Gədiklinin şəxsi arzusu ilə işdən ayrıldığını deyib:

“O, özünün yazdığı ərizə ilə 25 maydan etibarən “Space” TV-dən çıxıb. Onu  heç kim işdən çıxarmayıb. Əlimizdə özünün imzası ilə yazılan ərizəsi var. Təhsil Nazirliyi tərəfindən də bizə hər hansı məsələ ilə bağlı müraciət edilməyib”.

 

E.Gədiklinin ərizəni yazmağa məcbur edilməsinə gəlincə, V.Mustafayev bunu yalan adlandırıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir