Modern.az

Bakıda polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis öldü bir neçəsi yaralandı

Bakıda polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis öldü bir neçəsi yaralandı

Aktual

30 May 2017, 11:11

Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porshe” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok