Modern.az

Ağstafada ″Qrad″ raketi aşkarlandı - FOTO

Ağstafada ″Qrad″ raketi aşkarlandı - FOTO

22 İyun 2017, 20:26

Ağstafanın Saloğlu kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik ″Qrad″raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az-a verilən məlumata görə, ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən bu günə qədər 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok