Modern.az

“Kanal13”ün rəhbəri barədə apellyasiya şikayəti təmin olunmadı

“Kanal13”ün rəhbəri barədə apellyasiya şikayəti təmin olunmadı

Aktual

29 İyun 2017, 11:47

“Bu gün Bakı Apellyasiya Məhkəməsində “Kanal13”ün rəhbəri və jurnalisti Əziz Orucovun barəsində seçilmiş həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətin təmin edilməsinə dair Nəsimi rayon Məhkəməsinin 15 iyun 2017-ci il tarixli qərarından verdiyimiz apellyasiya şikayətinə baxıldı”.

Bu barədə Modern.az-a vəkil Cavad Cavadov məlumat verilib. Vəkil bildirib ki, gözlənildiyi kimi qərar dəyişdirilmədən saxlanılıb:


“Daxili hüquqi müdafiə tədbirləri yekunlaşdığından şikayət yaxın vaxtlarda Avropa Məhkəməsinə göndəriləcək. Bir daha bildiririk ki, Əziz Orucova elan edilmiş ittihamın nə faktiki, nə də hüquqi tərəfi mövcud deyil”.

Qeyd edək ki, iyunun 2-də Nəsimi Rayon Məhkəməsi Ə. Orucovun evində axtarış aparılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

 Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!