Modern.az

Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

Aktual

24 İyul 2017, 16:40

İran Prezidenti Administrasiyası Azərbaycan prezidenti İlham Əliyevi ölkənin ikinci dəfə prezidenti seçilmiş Həsən Ruhaninin inauqurasiya mərasiminə dəvət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agrntliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

«Biz Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi dəvət göndərmişik. Azərbaycan prezident Ruhaninin inauqurasiya mərasimində yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, H.Ruhaninin inauqurasiyası avqustun 5-də baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok