Modern.az

Spirtli içkilər bahalaşdı

Spirtli içkilər bahalaşdı

Aktual

10 Avqust 2017, 00:56

Ukraynanın Nazirlər Kabineti ölkədə araq və digər spirtli içkilərin minimal pərakəndə satış qiymətlərini qaldırıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Minimal qiymətlər içkinin növündən asılı olaraq 14 faizdən 19 faizədək artırılıb.

Nazirlər Kabineti bu qərarını spirtli içkilərə tətbiq olunan aksiz vergisi yığımlarının yüksəldiyi vaxtda, minimal qiymətlərin ötən ilin noyabrından dəyişməməsi ilə izah edib.

Qərar dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!