Modern.az

Özümüz özümüzə məğlub olduq...

Özümüz özümüzə məğlub olduq...

Media

15 Avqust 2017, 17:24

1990-cı ilin bu günü “Ayna” və “Zerkalo” qəzetlərinin ilk nömrəsi buraxılıb. Qeyd edək ki, “Zerkalo” Azərbaycanda ilk rusdilli qəzet olub.

 

2014-cü ildə fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlı 27 il bundan əvvəl formalaşmağa başlayan qəzetdən söz açıb.

 

O, Modern.az-a açıqlamasında fəaliyyəti dayandırılmış qəzetləri bu cür xatırladığını deyib.

 

““Ayna-Zerkalo” qəzetlərinin mövcud olması üçün əmək yox, ömrümü vermişəm. Sovet dövründə bu qəzeti buraxdıq. Ondan sonra neçə il ərzində 4 senzuradan keçdik. Amma heç nədən qorxmadıq və daha da gücləndik. Özgələrə sinə gərəndən sonra özümüz- özümüzə məğlub olduq”.

 

Adıçəkilən qəzetlərin olmamasından söz açan Elçin Şıxlı Azərbaycan mətbuatında bir boşluğun olduğunu da etiraf edib.

 

“Özüm haqqında nəsə demək doğru olmaz. Hər halda, “Ayna- Zerkalo”nun bağlanması  nəinki, Azərbaycan mediasından, üstəlik  Azərbaycan cəmiyyətindən getdiyini söyləmək olar. İndi Azərbaycan mediası olduqca zəif durumdadır, durğundur. Demək olar ki, peşəyə uyğun bir qəzet ortalıqda yoxdur”.

 

““Ayna-Zerkalo”nun oxucularından bağlanmış qəzetlərlə bağlı məktublar alırsınızm” sualına Elçin Şıxlı belə cavab verib.

 

“Kütləvi şəkildə müraciət edən oxucular yoxdur. Amma öz arzularını bildirənlər var. “Heyf ki, “Ayna-Zerkalo” yoxdu. Olsaydı alıb oxuyardıq” deyirlər.. Reallıq budur ki,  bu, insanların arzusu ilə başa gələn bir iş deyil. Bir çox səbəblər var. Bağlandığı səbəblər isə hələ də aradan qalxmayıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!