Modern.az

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Aktual

16 Avqust 2017, 17:52

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok