Modern.az

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

Bağlı qapı arxasında qalan 2 azyaşlı xilas edilib

Aktual

17 Avqust 2017, 00:44

Paytaxtda bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri azyaşlıları bağlı qapı arxasından xilas edərək valideynlərinə təhvil veriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir