Modern.az

ABŞ hərbçiləri Gürcüstana gəlib - FOTOLAR

ABŞ hərbçiləri Gürcüstana gəlib - FOTOLAR

Dünya

1 Sentyabr 2017, 13:41

ABŞ-ın dəniz piyadaları korpusunun əsgərləri Gürcüstana gəlib. Modern.az APA-ya istinadən xəbər verir ki, amerikalılar NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirak edəcəklər.

Təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan və ABŞ hərbçiləri ilə yanaşı, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir