Modern.az

Keniyada prezident seçkilərinin nəticəsi ləğv edildi

Keniyada prezident seçkilərinin nəticəsi ləğv edildi

Aktual

1 Sentyabr 2017, 16:13

Keniyada keçirilən prezident seçkilərinin nəticəsi ləğv edilib. Modern.az ВВС-yə istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq Keniyanın Ali Məhkəməsi bir qədər əvvəl keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib.  Məhkəmə seçki prosesi zamanı yol verilən pozuntuları nəzərə alaraq, 60 gün ərzində yeni seçkilərin keçirilməli olduğunu bildirib.

Ötən ay Seçki Komissiyası seçiləcəyi təqdirdə ikinci müddətə ölkəyə rəhbərlik edəcək Uxuru Keniatı qalib elan etmişdi.

Müxalifətin namizədi Raila Odinqa bildirib ki, seçkinin nəticələrinə təsir göstərmək üçün Seçki Komissiyasının internet sistemi dağıdılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok