Modern.az

İraqda elektrik stansiyasında terror: 15 ölü

İraqda elektrik stansiyasında terror: 15 ölü

Dünya

2 Sentyabr 2017, 20:17

İraqda terrorçular elektrik stansiyasına hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İraqın Salahəddin vilayətinin Samirə şəhərində törədilib. Terrorçuların hücumu nəticəsində 15 nəfər həlak olub.

Məlumata görə, elektrik stansiyasına hücum edən 7 terrorçunun hamısı atışma zamanı öldürülüb.

Hücum zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı və elektrik stansiyasının 6 işçisi də həlak olub. Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələrinə elektrik stansiyasına nəzarəti tam bərpa etmək mümkün olub. Hücum zamanı daha 9 nəfər yaralanıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir