Modern.az

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı

21 Sentyabr 2017, 17:09

İraq Kürdüstanının 25 sentyabrda keçirəcəyi müstəqillik referendumunun tarixi dəyişdirilə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Kürdüstanı rəhbəri Məsud Bərzaninin köməkçisi Kifah Sincari bu haqda danışıb.

 

Onun sözlərinə görə bölgəyə müəyyən təminatlar verilərsə, kürdlər referendumu təxirə salmağa hazırdır.

“Əgər bizim təkliflərimiz qəbul olarsa, referendumun tarixi dəyişdiriləcək və onda xalq 25 sentyabrda səsverməyə çıxmayacaq”.

 

Onun sözlərinə görə, hər şey İraq baş naziri Heydər Əl-Abadi, BMT və ABŞ-ın əlindədir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok