Modern.az

Azərbaycan Gürcüstana kömək göndərdi

Azərbaycan Gürcüstana kömək göndərdi

Aktual

23 Sentyabr 2017, 18:09

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. 

Modern.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 


Rəsmi məlumata görə, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok