Modern.az

Jurnalistlərə tikiləcək evin layihəsi hazırdır: bina kitab şəklində olacaq

Jurnalistlərə tikiləcək evin layihəsi hazırdır: bina kitab şəklində olacaq

Media

2 İyun 2011, 23:47

Prezident İlham Əliyevin ötən il iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün yaşayış binasının inşa olunması qərara alınıb.

Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda jurnalistlər üçün 0,7 hektar torpaq sahəsində tikiləçək binanın eskiz layihəsi artıq hazırdır. Tenderdə iştirak edən 8 şirkət arasından “M.A” MMC qalib ayrılıb.

Şirkətin təsisçisi və baş direktoru Mütəllim Məmmədovun ANS-ə dediyinə görə, binanı eskiz layihəsi üzərində bir neçə dəfə işləyiblər. Nəhayət son qərar belə olub ki, jurnalistlərin binası kitab şəklində olsun: “Bina 2 blok və 17 mərtəbədən ibarət olmaqla, birinçi mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadəyə veriləcək”.

M.Məmmədov deyir ki, ərazidə Dövlət Neft Şirkətinin binaları da tikiləçək. Onun sözlərinə görə, yeni yaşayış massivində bütün infrastruktur layihələndirilib: “Qaz, su təçhizatı, istilik, ventilyasiya sistemi də yaradılacaq. Burada məktəb, uşaqlar üçün meydança da olacaq. Hətta stadion, mini-futbol meydançası da inşa ediləcək”.

Binanın yaxın 2 il ərzində tikilib başa çatdırılacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!