Modern.az

Bibiheybət yolunda hərəkət məhdudlaşdırılır

Bibiheybət yolunda hərəkət məhdudlaşdırılır

Aktual

20 Oktyabr 2017, 15:06

Bibiheybət məscidindən “Lökbatan” dairəsinə qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

O qeyd edib ki, buna səbəb Bibiheybət yolunun yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsidir. 

Rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərədə tutulur. Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir