Modern.az

Gənc qadın bədbəxt hadisənin qurbanı oldu

Gənc qadın bədbəxt hadisənin qurbanı oldu

Aktual

15 Noyabr 2017, 00:30

Biləsuvarda gənc qadın bədbəxt hadisənin qurbanı olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir