Modern.az

Misir ordusu terror törədənlərin silah bazasını məhv etdi

Misir ordusu terror törədənlərin silah bazasını məhv etdi

Aktual

25 Noyabr 2017, 09:24

Misir hərbi hava qüvvələri Sinay yarımadasının şimalında er-Rouda məscidində baş verən terror aktından sonra terrorçuların mövqelərinə hava zərbələri endirib.

 

Modern.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, hava zərbələri nəticəsində terrorçuların bir neçə nəqliyyat vasitəsi və silah və hərbi sursat bazası məhv edilib.

 

Qeyd edək ki, ötən gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok