Modern.az

Eynulla Fətullayev QHT nümayəndələrilə birgə Avropa Şurasının toplantısına gedib (FOTO)

Eynulla Fətullayev QHT nümayəndələrilə birgə Avropa Şurasının toplantısına gedib (FOTO)

Qarabağ

28 İyun 2011, 13:38

Bakı Siyasi Biliklər Proqramında (BSBP) təmsil olunan Azərbaycanın QHT, KİV, nümayəndələri BSBP-nın direktoru İlqar Məmmədovun rəhbərliyi ilə Strasburqda Avropa Şurasının Demokratiya Yay Universitetinə qatılıb. Bu barədə Modern.az-a heyətə qatılan “Doktrina” Jurnalislətin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Heyətə jurnalist Eynulla Fətullayev də daxildir. Tədbir Avropa Şurası Parlament Assambleyasının binasında keçirlir.

C.Sümərinlinin sözlərinə görə 27-29 iyun tarixlərində keçirilən toplantı zamanı Avropa Şurasının rəsmiləri, müxtəlif sahələr üzrə ekspertlər çıxış edirlər. “Etik və siyasi legitimlik”, “Daha artıq etik siyasi mədəniyyətin daşıyıcısı olan təhsil”, “Biznes etikası və korrupsiya”, “Medianın hakimiyyəti, yoxsa, hakimiyyətin mediası?”, “İnternet, yeni media və demokratik təkamül” və s. movzularda müzakirələr aparılır.

İyunun 29-da iştirkaçılara diplomlar təqdim olunacaq.



Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir