Modern.az

Prezident Azərbaycanın üç səfirini geri çağırdı

Prezident Azərbaycanın üç səfirini geri çağırdı

8 Dekabr 2017, 18:04

Prezident İlham Əliyev Azərbaycanın Tacikistandakı səfiri ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamada bildirilib: “Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

 

Prezidentin digər sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Daha bir sərəncamla Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir