Modern.az

Erməni deputat Qarabağda qəzaya düşdü

Erməni deputat Qarabağda qəzaya düşdü

Aktual

11 Dekabr 2017, 11:49

Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb.

 

Virtualaz.org bildirir ki, bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.

 

Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor – Qoris avtomagistralının 15-ci kilometrliyində "Nissan March" və "Mercedes" markalı maşınlar toqquşub.

 

Məlum olub ki, "Mercedes" Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…