Modern.az

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək

Dünya

17 Dekabr 2017, 22:37

“GUAM təşkilatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlıq dərinləşdiriləcək”. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib.

 

Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna üçün ərazi bütövlüyünün bərpası real problem olaraq qalır: “GUAM-a üzv ölkələrin ərazi bütövlüyünün bərpası üçün parlamentlər səviyyəsində səylər artırılacaq”.

 

G.Mosidze əlavə edib ki, sabah Tbilisidə keçiriləcək GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında qəbul olunacaq yekun sənəddə təşkilata üzv ölkələrin ərazi bütövlüyü məsələsi də yer alacaq.

 

Qeyd edək ki,  GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edəcək. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir