Modern.az

Bakının bu prospektində hərəkət məhdudlaşdırılır

Bakının bu prospektində hərəkət məhdudlaşdırılır

Aktual

18 Dekabr 2017, 10:59

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

"Azəravtoyol" ASC-dən Modern.az-a verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

 

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər" - deyə məlumatda bildirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir