Modern.az

Azərbaycan deputatı ATƏT PA-da Metsamor AES-in bağlanması məsələsini qaldırıb

Azərbaycan deputatı ATƏT PA-da Metsamor AES-in bağlanması məsələsini qaldırıb

Təhsil

7 İyul 2011, 16:49

ATƏT Parlament Assambleyasının (PA) Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 20-ci yay sessiyası çərçivəsində bu gün Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması təklifini səsləndirib.

Bu barədə APA-ya Eldar İbrahimov özü məlumat verib. Metsamor AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaratdığını vurğulayan E.İbrahimov regionu hər an baş verəcək təhlükədən xilas etmək üçün ATƏT-ə üzv dövlətləri bu stansiyanın fəaliyyətinin dayandırılması üçün səylər göstərməyə çağırıb.

«Məndən sonra Ermənistan nümayəndələri çıxış etdilər. Onlar dedilər ki, dünyanın müxtəlif ölkələrindən mütəxəssislər mayın 2-dən 6-dək Ermənistana səfər edərək, stansiyaya baxış keçiriblər. Bildirilib ki, bəzi çatışmazlıqlar aradan qaldırılacaq və stansiya işləyəcək», - deyə E. İbrahimov vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu gün ümumi mövzu - “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” üzrə Assambleyanın komitələrində müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri də müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!