Modern.az

Ziya Məmədovun qardaşı oğlu işdən çıxarılıb

Ziya Məmədovun qardaşı oğlu işdən çıxarılıb

8 İyul 2011, 17:43

Azərbaycanda daha iki rayonun polis rəisi işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Salyan, polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli isə Quba rayon Polis şöbəsinin rəisi vəzifələrindən azad ediliblər. Hər iki polis rəisinin sərəncamda olduğu bildirilir.

Salyan və Quba Rayon Polis Şöbələrindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl R. Usubovun əmri ilə Şamaxı rayon Polis Şöbəsinin rəisi Mirəli Şıxəliyev də tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumata görə, Fuad Məmmədli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!