Modern.az

Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 7 metrə çatdı

Teleqüllənin yaxınlığında çatlar böyüdü - eni 1, dərinliyi 7 metrə çatdı

Aktual

16 Yanvar 2018, 11:50

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

 

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

 

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib.

 

Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir