Modern.az

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Dünya

17 Yanvar 2018, 22:43

Meksikanın Saltilyo şəhərində avtomagistralda 50-dən çox maşın toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

 

Məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Hazırda Meksikanın bir çox bölgəsində anomal soyuqlar müşahidə edilir. Bəzi ərazilərdə havanın temperaturu mənfi 5 dərəcəyədək enib.

 

Meksika hökuməti əhalini şəxsi avtomobillərlə səfər etməkdən çəkinməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir