Modern.az

Hacıqabulda ağır qəza

Hacıqabulda ağır qəza

Aktual

18 Yanvar 2018, 22:44

Bakı-Qazax magistralında minik maşını yük maşını ilə toqquşub, sürücü xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində avtoqəza baş verib. Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1984-ci il təvəllüdlü Nuruşov Usubəli Azad oğlunun idarə etdiyi “Merсedes” markalı 99 FN 649 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Merсedes” markalı avtomobilin sürücüsü ağır xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

“KamAZ” markalı avtomobilin sürücüsü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aprılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir