Modern.az

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

Aktual

22 Yanvar 2018, 22:45

“Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır. Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

 

Bəkir Bozdağ bildirib ki, hədəf yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır: “Əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!