Modern.az

İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbərinə "Şöhrət" ordeni verdi

İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbərinə "Şöhrət" ordeni verdi

14 İyul 2011, 18:56


Bu gün Prezident İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul edib.  Görüşdə bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın qarşılıqlı etimad prinsipinə əsaslandığını vurğulayıb. Dövlət başçısı ötən dövr ərzində bp ilə birgə həyata keçirilən layihələrin dünya miqyasında tanındığını bildirərək, bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini söyləyib. 
Rəşid Cavanşiri yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə onun ölkəmizin ən yüksək dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görüldüyünü bildirib və ordeni yubilyara təqdim edib. 
bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin böyük əhəmiyyətindən danışan Rəşid Cavanşir bp-Azərbaycan əməkdaşlığının strateji xarakter daşıdığını vurğuladı və təmsil etdiyi şirkətin ölkəmizdəki fəaliyyətinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan Respublikasının yüksək mükafatı ilə təltif olunmasına görə dövlət başçısına minnətdarlığını bildirib. 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!