Modern.az

Bakıda 11 yaşlı uşağın qaraciyərindən qurd kisəsi çıxdı - FOTO 

Bakıda 11 yaşlı uşağın qaraciyərindən “qurd kisəsi” çıxdı - FOTO 

Aktual

13 Fevral 2018, 15:58

Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən "qurd kisəsi" çıxarılıb.

 

Bu barədə Modern.az-a Uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib.

 

Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır:

 

“Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə "qurd kistası" (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.

Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən "kista" texniki cərrahi çətinliklərlə ləğv edildi”.

 

F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!