Modern.az

Azırbaycan Premyer Liqasının püşkü atılıb

Azırbaycan Premyer Liqasının püşkü atılıb

Təhsil

22 İyul 2011, 18:45

Modern.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib.
Ötən mövsüm olduğu kimi bu il də Premyer Liqada 12 komanda iştirak edəcək və çempionat yenə "altılıq" sistemi üzrə keçirilir. Premyer Liqada çıxış edəcək klublardan 5-i paytaxt klubudur. Bunlar AZAL, "Bakı", "İnter", "Neftçi" və "Rəvan" komandalarıdır.

Qalan 7 komanda isə bögələri təsmil edir. Ötən mövsüm də çempionatda iştirak etmiş "Qəbələ", "Simurq", "Kəpəz", "Turan", "Qarabağ" və "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt Şəhər" də bu mövsümdən Premyer Liqada çıxış edəcək.
  
Qeyd edək ki, "Simurq" ötən mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk etsə də, "Muğan"ın çempionatdan imtina etməsi ilə Zaqatala təmsilçisi yenidən elitaya qayıdıb.

20-ci Azərbaycan Premyer Liqasının ilk turunda qarşılaşacaq cütlüklər müəyyənləşib. Bu gün keçirilən püşkatma mərasimində məlum olub ki, avqustun 6-7-də keçiriləcək birinci turda aşağıdakı oyunlar keçiriləcək:

«Qəbələ» - «Bakı»
«Xəzər Lənkəran» - «Sumqayıt»
«Neftçi» - «Qarabağ»
«Simurq» - AZAL
«İnter» - «Turan»
«Kəpəz» - «Rəvan»

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü