Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək

Aktual

21 Fevral 2018, 15:54

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 5-ci qurultayı keçiriləcək.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Modern.az-a verilən məlumatına görə, 5-ci qurultay fevralın 28-də keçiriləcək.

Qurultay Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində baş tutacaq.

Qurultayda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti seçiləcək.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Milli Məclisin deputatı Novruzəli Aslanovdur.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…