Modern.az

Qanunsuz ağac kəsimi aşkarlandı

Qanunsuz ağac kəsimi aşkarlandı

Aktual

21 Fevral 2018, 20:02

Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib.

 

ETSN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, reyd zamanı Masallı rayonu ərazisində Lerik rayon Çayrud kənd sakini Camal Kərimova məxsus “KAMAZ” markalı 43-BC-403 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

 

Meşə materialını gizlətmək məqsədilə üzəri çınqılla örtülüb. Saxlanılan yük maşını Masallı rayon Polis Şöbəsinə gətirilib.

 

Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok