Modern.az

Lənkəranda naməlum kişi meyiti tapıldı

Lənkəranda naməlum kişi meyiti tapıldı

21 Fevral 2018, 23:57

Lənkəran şəhərində naməlum kişi meyiti tapılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə polisə yerli sakinlər məlumat veriblər.

 

Təqribən 50-55 yaşlarında olan kişi meyiti 7 saylı məktəbin arxa küçəsində tapılıb. İlkin araşdırmaya görə, mərhumun adı Mirzədir.

 

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok