Modern.az

NATO qoşunlarına hücum – Ölən və yaralananlar var

NATO qoşunlarına hücum – Ölən və yaralananlar var

Dünya

2 Mart 2018, 16:25

NATO konvoyuna bombalı hücum edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın paytaxtı Kabildə baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Şahidlər isə ölənlərin və yaralananların  sayının daha çox olduğunu bildirib.

 Konvoyda xarici hrbçinin olub-olmadığı barəsində hələ məlumat verilməyib. Jurnalistlərin bölgəyə girişinə icazə verilmir.

Hələ ki, heç bir təşkilat hadisəylə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir