Modern.az

Ülvira Qarayeva da televiziya açır  

Ülvira Qarayeva da televiziya açır    

Media

9 Mart 2018, 15:56

Tanınmış teleaparıcı Ülvira Qarayeva yeni televiziya açır.


Modern.az
-ın məlumatına görə, yeni açılacaq televiziya siyasətdən uzaq olacaq. Əsasən mədəniyyət kanalı kimi fəaliyyət göstərəcək.


Əldə etdiyimiz digər məlumata görə, artıq yeni kanalda çalışmaq üçün işçi heyəti də müəyyənləşib. Televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağı söylənilir.


Məsələ ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxladıq, bu barədə danışmaq istəmədiyini deyib:

“Bu barədə heç nə danışmaq istəmirəm”.

Qeyd edək ki, Ülvira Qarayeva uzun müddət fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunda çalışıb. Axırıncı iş yeri isə ARB-də olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!