Modern.az

Bakıda binanin 1-ci mərtəbəsindəki mağaza yandı, sakinlər təxliyə olundu

Bakıda binanin 1-ci mərtəbəsindəki mağaza yandı, sakinlər təxliyə olundu

Aktual

11 Mart 2018, 09:32

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan mağazanın ümumi sahəsi 10 m² olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 

Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir