Modern.az

Üç ölkədə bank sistemi çökə bilər - XƏBƏRDARLIQ

Üç ölkədə bank sistemi çökə bilər - XƏBƏRDARLIQ

İqtisadiyyat

12 Mart 2018, 15:54

Üç nəhəng ölkədə bank böhranı gözlənilir. Modern.az xəbər verir ki,bu barədə CNBC kanalı məlumat yayıb. Beynəlxalq Hesablaşmalar Bankının araşdırmasına görə Çin, Kanada və Honkonqun bank sistemləri çökə bilər.

Bankın 3 aylıq dəyərləndirmə hesabatında bu üç ölkənin bank sistemlərinin dünyada ən çox bank böhranı riski yaşayan ölkələr olduğu vurğulanır.

Hesabatda Çinin borcunun sistemdə çöküşə gətirə biləcək səviyyəni keçməsi, Kanada və Honkonqda isə mənzil qiymətlərinin sürətlə artmasının böhrana səbəb ola biləcəyi bildirilir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok