Modern.az

Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq - QƏRAR

Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq - QƏRAR

Hadisə

17 Mart 2018, 16:51

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

İclasda qərar verilib ki, püşkatma mərasimi Komissiyanın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir