Trampın yeni ticarət müharibəsinin əsas qurbanları Çin və Rusiya olacaq.
Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Moskva və Pekin Ümumdünya Ticarət Təşkilatının təcili iclasını çağırıb.
“Martın 1-də bütün dünyada ticarət müharibəsinə başlayan Trampın əsas qurbanları Rusiya və Çin olacaq. Polad və alüminim idxalına görə tətbiq edilən rüsum bütün ölkələrdən, o cümlədən Avropa Birliyinin üzərindən götürülsə də, Çin və Rusiyaya qarşı bu güzəştlər həyata keçirilməyib. Əksinə, bu ölkələrlə mübarizə cəbhəsi genişləndirilib”-deyə qəzet yazır.