Modern.az

Seçki bülletenlərinin çapına başlanılıb

Seçki bülletenlərinin çapına başlanılıb

Aktual

24 Mart 2018, 12:13

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5 347 803 ədəd seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bu da ümumi seçicilərin sayından 3 faiz çoxdur:

"Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq".

 

Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək