Modern.az

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi

Aktual

20 Aprel 2018, 16:04

Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Əli Həsənov aprelin 10-da 70 yaşını tamam edib.

O, 1998-ci ilin noyabr ayından Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi