Modern.az

Azərbaycanda yeni medal təsis olundu 

Azərbaycanda yeni medal təsis olundu 

Aktual

24 Aprel 2018, 23:11

 

Milli Məclis "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalını təsis edib.  Bu medalla ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq

Modern.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Layihəyə görə, bu medalla öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!